Bakı xanlığı

Nadir şahın öldürülməsi xəbəri Bakıya yetişdikdə, Dərgahqulu bəyin oğlu Mirzə Məhəmməd əhali içərisindəki hörmətindən istifadə edərək, fürsəti əldən vermir. O, iyirmi yaşlarında bilikli, gümrah bir gənc idi. Gəmiçiliyi çox sevərdi. Xəzərdə çox üzmüşdü. Hətta admiral kimi də şöhrət qazanmışdı. O öz yaxın adamlarının vasitəsilə Nadir şahın Bakıda olan vassalı Qələmini qovub, hakimiyyəti ələ aldı. Özünü Bakının xanı elan etdi.
Çox keçmir ki, belə xanlıqlar Azərbaycanın başqa şəhərlərində də yaradılır. Şirvan, Şəki, Qarabağ, Lənkəran, Quba, Ərdəbil və sair xanlıqlar əyalətlərdə hakimiyyəti öz əllərinə aldılar.
Davamı →

Bakı rus işğalı dövründə

1710-ci ilin baharında I Pyotr Xəzər suları ilə hərbi səfərə çıxdı. Həmin ilin isti iyul günlərindən birində 274 gəmidən ibarət rus donanması Həştərxandan çıxaraq, Xəzərin qərb və cənub sahillərinə tərəf üzməyə başladı. Gəmilərin  bir hissəsi Gilanın Rəşt şəhərinə, o biri hissəsi Bakı sahillərinə, yerdə qalan gəmilər isə Dərbənd şəhərinə istiqamət aldılar. Bu gəmilərdə 22 min nizami piyada qoşun və 5 min matros vardı. Bunlardan başqa 9 min draqun, 20 min kazak, 30 min tatar və 20 min kalmıqdan ibarət 79 min atlı quru yolu ilə Dərbəndə göndərilmişdi. Onlar Dərbənd yaxınlığında hərbi donanma ilə birləşməli idi.
Davamı →

Stepan Razin Bakıda

1667-ci ilin yayında Stepan Razin altı min kazakla Volqadan çıxaraq gəmilərlə Xəzər sularına daxil olur və İran sahillərinə tərəf üzür. Yolda o sahilboyu Dərbəndlə Bakı arasındakı kənd və obaları talan edir. Ayrı-ayrı yerlərdə düşərgə salır və dincələndən sonra yenə yoluna davam edirdi. Belə düşərgələrdən biri də keçmiş Razin qəsəbəsində dağın ətəyi idi. Sonra Bakıya yaxınlaşır, lakin onu tuta bilmir. Şəhər ətrafındakı kəndləri qarət edəndən sonra ələ keçirdikləri qənimətlər, əsir aldığı yüzədək adam və yeddi min qoyunla Xəzərdəki Jiloy adasına çəkilirlər. Burada dincəldikdən sonra təzədən geri qayıdırlar. Xeyli müddət şəhərin ətrafında hərlənirlər. Bir şey çıxmır. Belə olduqda qayıqlardakı yüngül toplarla şəhəri atəşə tuturlar. Bu zaman şəhər qalasındakı ağır toplardan cavab atəşi açılması nəticəsində geri çəkilib, cənuba üz tuturlar.
Davamı →

Səfəvilər və Türklər Bakıda

Şirvanşah I Xəlilullanın oğlu Fərrux Yasar hakimiyyəti dövründə Səfəvilər Şirvan üzərinə hücuma keçərək, ölkəni təzədən əsarət altına aldılar. Hələ bundan qabaq 1460-cı ildə Səfəvi sərkərdələrindən şeyx Cüneyd Şirvana basqın edərkən I Xəlilulla tərəfindən öldürülmüşdü. Bundan təxminən iyirmi il sonra da şeyx Cüneydin oğlu şeyx Heydər vuruşmada Fərrux Yasar tərəfindən qətl edilmişdi. Azərbaycanı birləşdirmək və vahid Azərbaycan dövləti yaratmaq məqsədilə Şirvan torpaqlarına hücum edən Şah İsmayıl babasının və atasının intiqamını almağı da unutmurdu. 1500-cü ildə Gülüstan yaxınlığında Fərrux Yasar qoşunları ilə Şah İsmayılın qızılbaşları arasında qızğın döyüşlər getdi. Bu döyüşlərdə Fərrux Yasar məğlub olaraq, öldürüldü. Bundan sonra Şah İsmayıl Şirvanın qala və şəhərlərini zəbt edərək, çoxlu qənimət ələ keçirdi. 1501-ci ildə isə qızılbaşlar Bakı üzərinə hücuma keçdilər.
Davamı →

Bakı Şirvanşahlar dövründə

Şirvanşahlar sarayında I Fəriburzdan sonra taxta I Mənuçəhr, ondan sonra isə II Mənuçəhr çıxmışdı.
1149-1203-cü illərdə isə Kəsranilər dövlətini II Mənuçəhrin oğlu I Axsitan idarə edirdi. Məhz Axsitan dövründə Şirvanşahlar iqtisadi və siyasi cəhətdən xeyli inkişaf edərək müstəqil bir dövlət kimi bütün Yaxın Şərq ölkələrində tanınmışdı. Bu vaxtadək Xəzər dənizində cüzi miqdarda gəmilərə sahib olan Şirvanşahlar indi güclü dəniz donanması ölkəsinə çevrilmişdi.
Şirvanşahlar səlcuqların əsarətindən bir dəfəlik xilas olmaq məqsədilə Gürcüstan çarı ilə yaxın qonşuluq əlaqələri yaradır.
Davamı →

Bakı şəhərinin tarixi

Bakının tarixi çox qədimlərə gedib çıxır, amma onun yaranmasının dəqiq vaxtı hələ də məlum deyil. Şəhərin yerləşdiyi Abşeron yarımadasının əlverişli coğrafi mövqeyə, rahat buxtaya, mülayim, quru iqlimə, məhsuldar torpağa, yeraltı sərvətlərə malik olması ta qədimlərdən burada insan məskənlərinin meydana gəlməsinə şərait yaradıb. Müasir Bakının cənub-şərqində, Xəzər dənizinin yaxınlığında Qobustan rayonu yerləşir. Burada geniş bir sahədə çoxsaylı heyvan sürüləri otlayırmış, ətrafdakı dağ qayalarında onların təsvirləri cızılıb. VIII minilliyə aid bu rəsmlərdə həmin ərazidə yaşayan qədim insanların müxtəlif ov səhnələri, mərasimlər və ayinlər əksini tapıb.
Davamı →

Bakının tarixi

Bakının salındığı tarix dəqiq məlum deyildir. Bəzi tədqiqatçılar Bakını Qaytara (Qanqara), Albana, Baruka və s. ilə eyniləşdirirlər. Bakıda tapılmış 5-7-ci əsrlərə aid Sasani dəfinəsi o dövrdə buranın yaşayış məntəqəsi olduğunu göstərir. 5-6-cı əsr mənbələrində Bağavan və Atəş-i Baquan adlandırırlar. Ərəb mənbələrində (10-cu əsr) «Bakuyə», «Bakuh», «Baku», rus mənbələrində (15-ci əsr) «Baka», Səfəvilər dövrü farsdilli mənbələrdə «Badkubə» kimi qeyd edilir. 9-cu əsrin 2-ci yarasında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyllərinin qüvvətlənməsi Xilafətə tabe ölkələrdə bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb oldu. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı 10-cu əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrildi.Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq,, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu.


Davamı →

Bakı şəhəri

Bakı haqqında ilk məlumata eramızdan 3500 il əvvələ aid edilən, Misir fironu I Menesanın dövründə yazılmış "Ölülər Kitabı” adlı tarixi mənbədə rast gəlinir. Bakının adı antik dövrün tarixçisi Herodotun “Tarix” kitabında da çəkilir. Şərq alimlərinin, Avropa səyyahlarının və islamşünaslarının Bakı haqqında məlumatları da elmi cəhətdən maraq doğurur. Abşeronun bu günümüzədək gəlib çatmış qədim abidələri isə tədqiqatçıların zaman-zaman istinad etdikləri qiymətli maddi-mədəniyyət nümunələridir.
Bakının keşməkeşlərlə, mübarizələrlə dolu keçmişindən danışarkən eramizdan əvvəl I əsrdə, Roma imperatoru Pompeyin və Lukullun Azərbaycana hərbi yürüşlərini xatırlamamaq mümkün deyildir. Qədim romalıların Bakı ətrafında məskunlaşaraq uzun müddət bu yerləri işğal altında saxlamaları barədə müxtəlif mənbələrdə olduqca maraqlı materiallar mövcuddur.
Davamı →

Azərbaycanda neft sənayesinin tarixi

Neftin distilləsi üçün qədim zamanlarda sadə üsullardan istifadə olunurdu.  I əsrdə romalı həkim Kassiy Feliks qara nefti qaynatmaqla ondan ağ neft alındığını qeyd edirdi. XIII əsrdə Abşeronda olan ərəb tarixçisi Məhəmməd ibn Nəcib Bekran əl-Həmdani yazırdı ki, burada neft emalı XII əsrin əvvəllərindən mövcuddur. Digər ərəb və fars mənbələrində, eləcə də Həmdulla M.Qəzvininin «Nüzhət əl-qulub» əsərində XIII əsrdə Abşeronda neftin distilləsi üzrə təcrübələr aparıldığı bildirilib.
1733-cü ildə Bakı neft rayonunda olan rus səfirliyinin İrandakı nümayəndəsi doktor İ.Lerxe yazırdı:«Neft tez yanmır, o, tünd-boz rəngdədir, distillə edəndə açıq sarı rəngə çalır. Ağ neft bir az tutqundur, amma tətbiqdən sonra spirt kimi şəffaf olur və tez yanır».
1771-ci ildə Bakıda olan akademik Samuil Qmelin Suraxanıda ağ nefti (kerosini) əldə etmək məqsədilə neftin distilləsi (emalı) faktını təsdiqləyir.
1823-cü ildə Mozdokda Vasili, Gerasim və Makar Dubinin qardaşları ağır Voznesenski neftini emal etmək üçün ilk sənaye kubunu (ənbiqəni) düzəldib istehsala buraxdıqdan sonra Azərbaycanda neft emalı sənayesi də inkişaf etməyə başladı. Neft emalı sənayemizin bu günə qədərki inkişaf yolları müxtəlif dövrlərdən keçdi. Onu mərhələlərə ayırarkən 1834-1922-ci illəri ilk mərhələ hesab edirlər.
Davamı →